Sabirabad rayonunda şəhid Bəxtiyar Mayılovun doğum günündə xatirəsi anılıb

YAP Sabirabad rayon  təşkilatının sədri Varis Rüstəmov, Sabirabad rayon Gənclər İdman İdarəsinin rəisi Nadir Quliyev, Sabirabad rayon İcra Hakimiyyəti aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Müslüm Rzayev və Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin sədri Faiq Hüseynov Vətən müharibəsi şəhidi Mayılov Bəxtiyar İxtiyar oğlunun doğum günü ilə əlaqədar məzarını ziyarət edib, önünə gül-çiçək dəstələri düzərək, əziz xatirəsini ehtiramla yad ediblər.
Daha sonra şəhidin doğum günü münasibəti ilə anım tədbirində çıxış edərək dərin hüzünlə şəhid ailəsinə və yaxınlarına başsağlığı diləyiblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!