Sahil Babayevdən yeni TƏYİNATLAR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni kadr təyinatları olub.

Nazirlikdən Sabahinfo.az-a verilən məlumata görə, Vəli Quliyev Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi təyin edilib.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin əvvəlki rəisi Fuad Heydərov isə Nazirliyin Aparatının Əmək siyasəti şöbəsinin müdiri, şöbənin əvvəlki müdiri Əbülfət Məhərrəmov əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri təyin olunub.