Səbinə Xasayeva Binəqədi rayonunda qəbul keçirib

12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə deputat Səbinə Xasayeva Binəqədi rayonun 28 May qəsəbəsində karantin qaydaları və sanitar-gigiyenik normalara uyğun olaraq bir qrup vətəndaşı fərdi qaydada qəbul edərək onların problemlərini dinləyib.

Qəbula gələnlər qəsəbədə məhəllədaxili yolların asfaltlaşdırılmasının və təmir edilməsinin başa çatdırılmasının, kanalizasiya sistemində baş verən problemlərin aradan qaldırılması üçün borularının təmiri zamanı bəzi məhəllələrdən ana xəttə qoşulan boruların iri həcmli borularla əvəz edilməsinin, aztəminatlı ailələrin sosial təminatının yaxşılaşdırılmasının,əhalinin məşğulluğu üçün yeni iş yerlərinin yaradılmasının və digər məsələlərin vacibliyini xüsusi ilə qeyd ediblər.

Müvafiq qurumlara təqdim edilmək məqsədilə vətəndaşların müraciətləri millət vəkili Səbinə xanım Xasayeva tərəfindən nəzarətə götürülüb.

Qəbulda Milli Məclisin deputat köməkçisi Bayram Məmmədov və Binəqədi Rayon İcra Hakimiyyəti başçisinin 28 May qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Fərid Cəfərov iştirak ediblər.