Səbinə Xasayeva qəbul keçirib

12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə Milli Məclisin deputatı Səbinə Xasayeva Qaradağ rayonun Korgöz bələdiyyəsinin inzibatı binasında karantin qaydaları və sanitar-gigiyenik normalara uyğun olaraq bir qrup vətəndaşı fərdi qaydada qəbul edərək onların problemlərini dinləyib.Qəbula gələnlər qəsəbədə yeni körpələr evi-uşaq bağcasının tikintisinin,avtobus dayanacağının quraşdırılmasının, qəsəbəyə fasiləsiz su verilməsinin təmin edilməsinin, fərdi evlərin sənədləşdirilməsinin,mövcud küçə adlarının Ünvan Reystri İnformasiya sisteminin və ünvan lövhələrinin hazırlanmasına köməklik göstərilməsinin,məhəllədaxili yolların asfaltlaşdırılmasının və ışıqlandırılmasının başa çatdirilmasının, 197 nömrəli tam orta məktəbin yolunun asfaltlaşdırılmasının, qaz təchizatında qayda-qanunlara ciddi əməl edilməsinin, qəsəbədə kanalizasiya şəbəkəsinin yenidən qurulmasının və yeni yaşayış massivində kanalizasiya xətlərinin ana xəttə birləşdirilməsinin,əhali arasında hüquq təbliğatının gücləndirilməsinin, aztəminatlı ailələrin məşgulluq proqramına cəlb edilməsinə köməklik göstərilməsnin, yeni iş yerlərinin yaradılmasının,işsizliyə görə sosial təminatın təyin edilməsinin və digər məsələlərin vacibliyini xüsusi ilə qeyd ediblər. Müvafiq qurumlara təqdim edilmək məqsədilə vətəndaşların müraciətləri millət vəkili Səbinə xanım Xasayeva tərəfindən nəzarətə götürülüb. Qəbulda Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Milli Məclisin deputat köməkçisi Bayram Məmmədov, Qaradağ rayon icra hakimiyyəti başçisinin Korgöz qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ramiz Daşdiyev və Qaradağ rayon Korgöz bələdiyyəsinin sədri Rövşən Əbdülbağıyev iştirak ediblər.