Səbinə Xasiyeva qəbul keçirib

Martın 5-də 11 saylı Binəqədi-Qaradağ seçki dairəsi üzrə Milli Məclisin deputatı Səbinə Xasayeva Binəqədi rayonun Xocəsən bələdiyyəsinin inzibatı binasında seçiciləri ilə növbəti görüşünü keçirib.

 Deputat görüşdə seçicilərin müraciətlərini dinləyib, onlara lazımi tövsiyələr verilib və onları maraqlandıran sualları cavablandırıb. Müvafiq qurumlara təqdim edilmək məqsədilə vətəndaşların müraciətləri Milli Məclisin deputatı tərəfindən nəzarətə götürülüb.

Seçicilər onlara göstərilən diqqətə, səmimi qəbula görə minnətdarlıqlarını ifadə edib, onları narahat edən məsələlərin tezliklə həllini tapacağına əminliklərini bildiriblər.

 Qəbulda Binəqədi rayon icra hakimiyyəti başçisinin Xocəsən qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Ramiz Həsənzadə və Binəqədi rayon Xocəsən bələdiyyəsinin sədri Nigar Məmmədova iştirak ediblər.