Şəhid ailələri anıldı - FOTOLAR

Kənd  Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqının Federasiyası Müzəffər, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, Qarabağın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə həlak olmuş şəhidlərimizin ailə üzvlərinə və qazilərimizə daim dəstəyini göstərir. Federasiya 2 şəhid ailəsinin üzvlərini öz himayəsinə götürmüşdür.

Federasiyanın məsul işçisi, Aparat rəhbəri – R.Bürcəliyev və həmkarlar ittifaqı fəalı Az-Granata ASC-nin Həmkarlar İttifaqı Komitəsinin sədri - C.Məmmədov Ağsu rayonuna və Mingeçevir şəhərinə səfər etmiş, şəhid ailələrini ziyarət etmiş, onların qayğıları, güzəranları və  övladlarının təhsili ilə maraqlanmışlar. Şəhid ailələrinə qarşıdan gələn Qurban bayramı münasibəti ilə Federasiya adından ərzaq sovqatı çatdırılmışdır. Göstərilən diqqət və qayğıya görə hər 2 ailənin üzvləri minnətdarlığını bildirmişdir.

 Bu xeyirxah iş yerlərdə ilk həmkarlar ittifaqı komitələri tərəfindən davam etdirilir.