Şəhid Allahverdi Babayevə həsr olunan film təqdim olundu 

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) Mingəçevir şəhərində şəhid Allahverdi Babayevə həsr olunan filmin təqdimatını edib.Sabah.az xəbər verir ki, tədbirdə şəhidin ailə üzvləri, dostları, Mingəçevir Şəhər İcra Hakimiyyətinin nümayəndəsi və gənclər iştirak ediblər.

Təqdimat mərasimini giriş sözü ilə açan ASGA sədri, 7news.az saytının rəhbəri Səbuhi Abbasov filmin 3 ay ərzində ərsəyə gəldiyini deyib. Onun sözlərinə görə, "Suqovuşanı azad edən kiçik çavuş: Allahverdi Babayev haqqında sənədli film” layihəsi Gənclər Fondunun dəstəyi ilə həyata keçirilib:

"ASGA olaraq son 3 ildə 5 film ərsəyə gətirmişik. Filmlərin hər biri Qarabağa həsr olunub. Bundan öncə Mingəçevirdən olan, aprel döyüşlərində şəhid olmuş tank komandiri Rahim Tağıyevə, eyni zamanda, 44 günlük Vətən Savaşında şəhidlik zirvəsinə ucalan Əhmədov Əli İlqar oğlu və Əhmədov İslam İlqar oğluna film çəkmişdik. Bu dəfə isə daha bir Mingəçevir igidini dünya azərbaycanlılarına tanıtmaq niyyətindəyik. Söhbət kiçik çavuş Allahverdi Babayevdən gedir.