Şəki-Zaqatala iqtisadi zonasından olan qadın sahibkarlar üçün təlim keçiriləcək

Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Assosiasiyası (AQSİA) Gürcüstanın Biznes Qadınları Şurası ilə birlikdə “Dayanıqlı inkişaf yolunda qadınların iqtisadi gücləndirilməsi və gender bərabərliyinin təşviqi” layihəsində iştirak üçün Şəki-Zaqatala iqtisadi zonasından olan qadın sahibkarları üç günlük təlimdə iştirak etməyə dəvət edib.

AQSİA-dan Sabahinfo.az-a bildirilib ki, layihə çərçivəsində seçilmiş iştirakçılar peşəkar təlimçilərdən biznes bacarıqları və bizneslərin praktikiliyi üzrə faydalı biliklər əldə edəcək, Gürcüstandan olan oxşar bizneslər ilə təcrübə mübadiləsi apara biləcək, Gürcüstan- Azərbaycan rəqəmsal forumunda iştirak edəcək və biznes müsabiqəsinə qatılaraq qalib olmaq şansı qazanacaqlar.