Martın 17-də Rusiya Federasiyasının Krasnoyarsk şəhərində Sibir Federal Universitetindəki Xalqlar Dostluğu Mərkəzi tərəfindən Novruz bayramı tədbiri keçirilib. Bayram mərasimizndə 500-dən çox insan iştirak etdi. Bu tədbirdə Azərbaycan platformasını Sibir Federal Universitetndə RAGT-nın Azərbaycan Tələbə İttifaqı təmsil edib.
Bu haqada saytımıza RAGT Krasnoyarsk bölməsinin sədri Aqil Cəfərov məlumat verib.
Milli suvenirlərin, ədəbiyyat nümunələrinin və geyimlərin təqdim olunduğu sərgidə qonaqlar 5 ölkənin (Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan) mədəniyyəti ilə tanış olublar.
Hər bir milli platforma interaktiv olaraq təqdim edilib. Azərbaycan platformasında hər kəs Azərbaycanın görməli yerləri ilə bulmacalar toplaya, çeviklik oyunu oynaya bilib-stəkanların ən hündür qülləsini toplaya bilib, həmçinin Novruz atributları ilə unikal açıqca hazırlayıb.
Hər kəs interaktiv məkanlarda "Novruz" valyutasını qazana və bu gün bişirmək adət olan milli yeməklərə dəyişdirə bildi. Azərbaycan yeməklərindən dolma və milli şirniyyatlar (paxlava və şəkərbura) təqdim olunub.
Qonaqlar həmçinin SFU Xalqlar Dostluğu Mərkəzinin fəallarının və qonaqlarının gözəl yaradıcılıq çıxışlarından zövq alıblar.