Müasir iş dünyasında düzgün iş tapmaq artıq yalnız CV göndərməkdən ibarət deyil. Bu reallığı Azərbaycan gəncliyinə ən yaxşı aşılayanlardan biri də Nicat Ağayevdir. Sosial mediada Nicat Media (@aganicat) adı ilə tanınan ekspert, gənclər arasında rəqəmsal savadlılığı artırmaq üçün böyük işlər görür.
Hazırda Litvada yaşayan və beynəlxalq səviyyəli İT mütəxəssisi kimi fəaliyyət göstərən Nicat Ağayev, zəngin Avropa təhsili və qlobal şirkətdəki menecerlik təcrübəsinə söykənərək mükəmməl bir video-bələdçi hazırlayıb. Onun LinkedIn-də profil yığmaq və iş tapmaq barədə paylaşdığı silsilə videoları gənclər tərəfindən rekord sayda izlənib və paylaşılıb.
"Cəmiyyətə fayda vermək fəaliyyətimin əsas məqsədidir" deyən bloqer, həmçinin Avropada ödənişsiz iş imkanları, beynəlxalq layihələr və səyahətlər barədə də orijinal məzmunlar istehsal edir. Nicat Media brendi altında toplanan bu videolar gənclərə həm motivasiya verir, həm də onlara real karyera qapılarını açır.
