Əziz dostlar!
Bu gün - 19 iyul 2023-cü il tarixində Şirvan şəhərində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə bağlı “Heydər Əliyev İli” çərçivəsində uşaq futboluna dəstək məqsədilə Futbol Festivalı keçirdik.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, AFFA-nın vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Milli Məclisin deputatlı Arzu Nağıyev, Uşaq Gənclər Futbol Federasiyasının prezidenti Asif Əliyev, Şirvan Şəhər Məhkəməsinin sədri Etibar Hümbətov, Şirvan Şəhər Polis şöbəsinin rəisi Fizuli Əhmədovla birlikdə tədbirdə iştirak etdik. Tədbirdə həm də məçqçilər, valideyinlər və şəhər sakinləri də iştirak edirdilər.
Ölkə başçısı cənab İlham Əliyevin təşəbbüsü ilə ərsəyə gələn "Reqionlarda uşaq futboluna dəstək" layihənin formatına uyğun olaraq 50 uşaq xüsusi futbol formaları, beysbolkalar və oyun topları ilə təmin olundu. Balaca futbolçularla söhbətimiz oldu. Uşaq futbolunun inkişafı ilə bağlı məsələlərə toxunduq. Şəhərin böyük futbola qayıdışı perspektivlərindən, şəhər stadionun tikintisinin başa çatdırılması ilə bağlı da məsələlərdən danışdıq. Mütəxəssislər balaca futbolçulara tövsiyələrini verdilər.
• Növbəti aylarda Şirvan Uşaq futbol məktəbinə ölkəmizdə fəaliyyət göstərən Futbol Akademiyaların seleksiyaçı məşqçilərini cəlb etməklə perspektivli uşaqlar üçün seçim tədbirlərinin keçirilməsini planladıq.
• Bundan əlavə növbəti aylarda Şirvan Futbolunun- Energetik komandası, “Dəri Top”- 1978 ci il qaliblərinin veteran futbolçuları ilə ölkənin məşhur futbol veteranları arasında yoldaşlıq matçının keçirilməsi də planlaşdırıldı.
İltizam Yusifov,
Millət vəkili