Əziz dostlar,
Bu gün Şirvan şəhərində çoxdan planlaşdırdırdığımız "Ağac əkmə" tədbirini reallaşdırdıq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Şirvan şəhər İH dəstəsi kecirilən tədbirdə Şirvan şəhər İH başçısı İlqar Abbasov, Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Firdovsi Əliyev, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyətinin sədri Ramik Əşrəfov, şəhər ictimaiyyəti və neftçilər iştirak etdilər.
Şirvan- Salyan yolunun Hacıqəhrəmanlı qəsəbəsi hissəsində, Köhnə şəhər və s. şəhərin digər yerlərində ümumilikdə 1000 dən artıq zeytun, şam, sərv və oleandr kolu əkildi.
Bütün iştirakçılara təşəkkür edirəm.
İltizam Yusifov,
Milli Məclisin deputatı