Şirvanda “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” müzakirə edildi

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Yeni Həyat İqtisadi-İnkişaf İctimai” Birliyi tərəfindən həyata keçirilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”-dən irəli gələn məsələlərin həllində vətəndaş cəmiyyətinin rolunun artırılması” layihəsi çərçivəsində növbəti tədbir Şirvan şəhərində keçirilib.

Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Adəm Hüseynov, millət vəkili İltizam Yusifov, Şirvan Dövlət İqtisadiyyat və Hümanitar Kollecin direktor və müəllimləri, tələbə heyəti iştirak edirdi.

Həyata keçirilən layihə barədə danışan təşkilat sədri Ədil Ədilzadə bidirib ki, layihə çərçivində İsmayıllı, Hacıqabul rayonlarında tədbirər keçirilib. Hər iki rayon ictimayyətinə konsepsiya barəsində ətraflı məlumat verilib. Tədbirlər zamanı hər rayonda 200 ədəd olmaqla, ümumilikdə 400 ədəd “Yeni İqtisadi-Sosial Hədəflərə Doğru” kitabı pulsuz olaraq paylanılıb.

Ə.Ədilzadə onu da bildirib ki, layihə çərçivəsində KİV-lə geniş əməkdaşlıq edilir. Onun sözlərinə görə, bu yöndə 12 yazının hazırlanıb dərc olunması həyata keçirilir.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı İltizam Yusifov qeyd edib ki, Azərbaycanda yeni strateji dövrdə qarşımızda duran məqsədlərə nail olmaq, bunun üçün uyğun siyasət və islahatlar çərçivəsini formalaşdırmaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sərəncam imzalayıb.
Onun sözlərinə görə, Milli İnkişaf Konsepsiyası post müharibə dövrü və növbəti 10 il üçün yol xəritəsi xarakterli, təkmil sənəddir. Əhatəli və dolğun hazırlanan sənəddə qeyd olunur ki, ölkəmiz qısa müddətdə sosial-iqtisadi və mədəni həyatında böyük təkamül yolunu inamla keçərək sabit, təhlükəsiz və müasir həyat səviyyəsini təmin etmiş ölkə kimi dünyada tanınır: “Ölkənin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artıb, cəmiyyətdə dövlətçilik ənənələri güclənib, müasir sosial-iqtisadi infrastruktur quruculuğu uğurla həyata keçirilib. İqtisadi inkişafdan qaynaqlanan yüksək maliyyə imkanları uzun illər makroiqtisadi sabitlik və artıma mühüm töhfə vermiş, təhlükəsizliyin təmini üçün güclü potensial yaradıb”.
Deputat qeyd edib ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”-də əsas prioritet kimi 5 istiqamət müəyyənləşdirilib. Bunlar dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat; dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət; rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı; işğaldan azad olunmuş ərazilərə böyük qayıdış; təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi. Qeyd edilən Milli Prioritetlər, eyni zamanda, Birləşmiş Millətlər Təşkilatının “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrası istiqamətində də xüsusi əhəmiyyət kəsb edir: “Eyni zamanda sənəddə qeyd olunur ki, yüksək inkişaf üçün yalnız iqtisadi artım deyil, cəmiyyətin bütün üzvlərinin sosial rifahı mühüm amildir. İqtisadiyyat inkişaf etdikcə vətəndaşların sərvət və gəlirlərinin, o cümlədən əməkhaqlarının artırılaraq layiqli səviyyəsi təmin edilməli, əməkhaqqının artımı əmək məhsuldarlığının artımı ilə uzlaşdırılmalıdır”.
Tədbirdə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Adəm Hüseynov konsepsiya barəsində danışıb. O, Şirvan şəhərində həyata keçiriən işlər, konsepsiyadan irəli gələn məsələlərin həllində vətəndaş cəmiyyətinin rolundan danışıb.
Layihənin eksperti Rusan Xəlil tələbələrə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” barəsində məlumat verib. Qeyd edib ki, uzun müddətdir ki, qlobal bəlaya çevrilmiş koronavirus pandemiyası ilə aparılan effektiv mübarizə, ümumdövlət məqsədləri naminə həmrəylik təcrübəsi və ərazi bütövlüyünün bərpası irimiqyaslı və dərin islahatların aparılmasına zəruri əsasları gücləndirir. Əvvəlki illərdə aparılmış islahatlar hesabına ölkənin sosial-iqtisadi potensialı artmış, iqtisadiyyatın xarici təsirlərə dözümlülüyü yaxşılaşmışdır. Həyata keçirilən sosial-iqtisadi quruculuq və ərazi bütövlüyünün təmini uzunmüddətli dövrdə Azərbaycanın daha keyfiyyətli inkişaf mərhələsinə keçməsinə, sürətlə inkişaf edən, yüksək rifaha malik lider dövlət olmasına möhkəm əsaslar yaratmışdır.