Nərimanov rayonunda işçi müdiri tərəfindən döyüldüyünü iddia edərək bununla bağlı polisə müraciət edib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə rayon ərazisindəki “Soliton” mağazasında baş verib.
1988-ci il təvəllüdlü S.H. şirkətin şöbə müdiri, Türkiyə vətəndaşı olan B.Cemil tərəfindən fiziki şiddətə məruz qaldığını bildirib.
Müraciətlə bağlı araşdırmalar aparılır.