Son iki əsrdə çox ciddi ekoloji disbalans yaranıb - Sadiq Qurbanov

Son iki əsrdə çox ciddi ekoloji disbalans yaranıb.

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Bakıda "Daha "yaşıl gələcəy"ə innovativ yollar: bərpa olunan enerji və emissiyaların azaldılması" mövzusunda keçirilən tədbirdə deyib.

O qeyd edib ki, bu gün dünyada əsas çağırışlardan biri "yaşıl gələcək" mövzusudur.

"Bu çağırışda əsas səbəb odur ki, son iki əsrdə çox ciddi ekoloji disbalans yaranmışdır. Müharibələr, sənaye və nəqliyyat tullantıları və s. məsələlər ekoloji tarazlığı pozmuşdur. Bu gün bəşəriyyəti narahat edən ən böyük məsələ iqlim dəyişikliyi məsələsidir. Son 100 ildə Yer kürəsində temperatur təqribən 0,8 dərəcə artmışdır. Buna səbəb istilik effekti yaradan qazlardır. Ona görə də "yaşıl iqtisadiyyat prinsipləri əsasında davamlı inkişafın təmin edilməsi mühüm önəm kəsb edir. Hər bir ölkənin "yaşıl iqtisadiyyat"a, "yaşıl enerji"yə keçidi tekcə enerji təhlükəsizliyi baxımından deyil, siyasi və strateji cəhətdən də böyük önəm daşıyır", - komitə sədri əlavə edib.

Onun sözlərinə görə, bu gün Azərbaycanın təbii qazı 12 ölkəyə çatdırılır.

Qeyd edək ki, bu gün Bakıda "Daha "yaşıl gələcəy"ə innovativ yollar: bərpa olunan enerji və emissiyaların azaldılması" mövzusunda tədbir start götürüb.