Son sutkada nə qədər vaksin vurulub?

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 9 497 vaksin vurulub.

Bu barədə Sabahinfo.az-a Nazirlər Kabineti yanında Operativ Qərargah bildirilibn.

Məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 630, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 760, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 7 588, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 519-dur.