Rusiyanın müdafiə naziri Sergey Şoyqu Minskə səfə edib.
Sabahinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, nazir Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının iclasında iştirak etmək üçün Belarus paytaxtına gedib.