STM-də “İqlim dəyişmələri ilə mübarizə: COP29 üçün qlobal həmrəyliyin təşviqi” mövzusunda dəyirmi masa keçirilib

Noyabrın 20-də “İqlim dəyişmələri ilə mübarizə: COP29 üçün qlobal həmrəyliyin təşviqi” layihəsi çərçivəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyi tərəfindən növbəti dəyirmi masa Sosial Tədqiqatlar Mərkəzində keçirlib.

“İqlim dəyişmələri ilə mübarizə: COP29 üçün qlobal həmrəyliyin təşviqi” mövzusunda keçirilən tədbirdə əvvəlcə STM İdarə Heyətinin sədri Zahid Oruc giriş nitqi ilə çıxış edib. O, çıxışında Azərbaycanda COP29-un yüksək səviyyədə keçirilməsi, ölkəmizin iqlim dəyişmələri ilə mübarəzdə qlobal həmrəylik nümayiş etdirməsi haqqında danışıb.

Sonra “Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyinin sədiri Asif Əsgərli layihə haqqında məlumat verərək QHT-lərin COP29 çərçivəsində qlobal həmrəylik göstərdiyini vurğulayıb.

Daha sonra isə xarici ölkələrdən gələn qonaqlar, iqlim aktivistləri qlobal iqlim dəyişikliyi mövzusunda öz təqdimatları ilə çıxışlar edib.