Suqovuşanda insana məxsus olduğu ehtimal edilən sümüklər aşkarlandı

Mayın 5-də işğaldan azad olunmuş Ağdərə rayonu, Suqovuşan qəsəbəsi ərazisində yeni binaların tikintisi ilə əlaqədar qazma işləri aparılan zaman insana məxsus olması ehtimal edilən sümük fraqmentləri aşkar edilib.

Sabahinfo.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, fakt üzrə Tərtər rayon prokurorluğunda araşdırma aparılır.