Son günlər yayılan görüntülərlə bağlı, sürücü və YPX inspektorları arasındakı mübahisə barədə Mircalal Mehdiyev yazır...
Sürücü istənilən halda Polisə tabe olmalıdır, haqlı/haqsız fərq etmir, yəni əgər haqsız saxlanılıb, haqsız cərimə olunub, sürücünün avtomaşını haqsız yerə şöbəyə aparılıbsa, sürücünün şikayət etmə hüququ var, dərdini vəzifədə daha böyük Polisə danışmaq şansı var. Bu tərz oyunu qurub, daha sonra çəkiliş aparan insanların başda bir məqsədləri olur, müxalifət üçün material hazırlamaq, bu kimi çəkilişlər qanunla tənzimlənməlidir, ən azından icazəsi məhdudlaşdırılmalıdır. Polisdə insandır, onunda əsəbləri var. Axı Polisi bu dərəcədə qıcıqlandırmaq, onun əsəbləriylə oynamaq nəyə lazımdır? Adam videonun əvvəlini kəsib, öz əməllərini gizlədib şübhəsiz. Sürücüdə əgər hər şey qaydasında olsaydı, Polis onun hərəkətinə davam etməsinə əlbətdə icazə verərdi. Polisin tabe olmayan, hərəkətinə davam etməsi təhlükəli olan sürücünün maşın açarını əgər götürmək imkanı varsa, bunu ən birinci etməli, bunu etməyə birmənalı şəkildə haqqı çatır. Adətən ciddi qayda pozan, narkotik vasitələr, psixotrop maddələr, yaxud spirtli içkilər qəbul edən sürücülər Polisə tabesizlik göstərirlər ondan ötrü ki, tabesizlik üçün nəzərdə tutulan cərimə çox azdır. Polis ictimaiyyət üçün ciddi təhlükə yaradan bu sürücünün hərəkətini məhdudlaşdırmağa istənilən yolla cəhd edirsə, haqlı sayılır. Burada Polisin əli təhlükəli vəziyyətdə qalıb, lakin sürücü sanki ona işgəncə vermək məqsədi ilə vəziyyəti müşayət edir, sanki çəkilişi üçün daha yaxşı görüntülər əldə etmək arzusundadır, nə olsun Polisin əli maşının içindədir, Polisin vəzifə səlahiyyəti çatır ictimai təhlükə yaradan sürücünün maşınından açarı götürsün, hərəkət etməsinin qarşısını alsın, söhbət Polisin sağlamlığından gedir, haqsız saxlanılma varsa əgər, onunla bağlı tədbir görmək hər zaman mümkündür, lakin burada Polisin sağlamlığında geri dönüşü olmayan xəsarət ola bilər. Deyək, Polis sürücünü saxladı bir qayda pozuntusuna görə, sürücü qayda pozmadığına əmin olsa belə tabe olmalıdır, əks halda Polis haqlı olaraq şübhələnə bilər. Deyək, Polis sürücünü saxlayır, daha sonra görür hansı qayda pozuntusuna görə saxlamışdısa, həmin qayda pozuntusuna sürücü yol verməyib, ancaq sürücüdən spirtli içki qoxusu gəlir, Polis bu anda sürücüyə hərəkətinə davam elətdirmək üçün icazəmi verməlidir? Deməlidir ki, "səni hansı qayda pozuntusuna görə saxlamışdımsa, həmin qaydanı pozmamısan, mən yanılaraq səni saxladım yoluna davam et?". Əksər hallarda sürücülər Polislə ona görə mübahisə edirlər ki, digər qayda pozuntularını bununla gizlədəcəyini zənn edirlər, yanlışlıqla kəmərə görə saxlanılan sürücü başlayır qışqırmağa, zənn edir ki, Polis "qorxacaq" və onun digər qayda pozuntusu üzə çıxmayacaq, Polis ona hərəkətinə davam etməyə icazə verəcək. Bu halda Polis haqlı olaraq sürücüdən şübhələnə bilər, sürücünün spirtli içki içərək nəqliyyat vasitəsini idarə etdiyinə dair şübhələr yarana bilər, eləcə digər başqa qayda pozuntularına dair ciddi şübhələr yarana bilər, əgər sürücü yersiz mübahisə edirsə. Polis yol hərəkəti qaydalarını, sürücülərin, sərnişinlərin və piyadaların həyatını qorunmaq üçün xidməti vəzifəsini icra edir, o üzdən Polis hər zaman haqlıdır, sürücünün, yaxud piyadanın, hər hansısa bir vətəndaşın istənilən etirazı, tabesizliyi Polisdə haqlı olaraq şübhə doğura bilər. Bir şübhəlini Polis saxlamaqla, digər milyonlarla vətəndaşı qorumuş olur. Əsil məsuliyyətli sürücü, Polisin onunla bağlı sağlamlığının belə riskdə olduğu məqamda, belə hərəkətsiz qalıb, müşayət etməz. Şübhəsiz kameraya düşən görüntülər daha çox baxış toplasın deyə, sürücü bu addımı atır. Axı YPX inspektorları heç zaman sürücünü haqsız yerə saxlamır, haqsız yerə cərimə etmir. Əgər haqsız olacaqsa belə, şikayət etmə hüququ var hər bir sürücünün, sürücü tərəfdən belə bir oyun qurmaq nəyə lazımdır?! Əsil sürücü, YPX inspektoru onu saxladıqda mədəni və təmkinli davranmalıdır, buna ən azından borcludur, fərqi yoxdur qayda pozub, yaxud pozmayıb. Bəlkə kimsə həmin sürücü barədə qəsdən Polisə məlumat verib, deyib ki, "filan markalı nəqliyyat vasitəsinin sürücüsü terror törətməyə hazırlıq görür, yaxud başqa bir cinayət törətməyə hazırlıq görür, yaxud da artıq bir cinayət törədib və digər insanların həyatı üçün ciddi təhlükə mənbəyidir".