Sürücülərin NƏZƏRİNƏ: Mühərrik yağları KƏSKİN BAHALAŞDI - VİDEO

Avtomobillərin mühərrik yağlarının qiymətində nəzərəçarpacaq dərəcədə artım müşahidə edilir.

“Xəzər Xəbər” mövzu ilə bağlı araşdırma edib.

Belə ki, əvvəllər 45-50 manata satılan avtomobillərin mühərrik yağları indi 60-65 manata təklif olunur.

Sürücülərin sözlərinə görə, bahalaşma bir neçə aydır ki, müşahidə edilir.

Sahibkarlar isə deyirlər ki, qiymət artımı əsasən Avropadan gətirilən yağlarda qeydə alınır.

Yağ satışı ilə məşğul olan Nicat Sultanlı mövzu ilə bağlı bildirib ki, qiymətə təsir edən amillər arasında daşıma xərcləri də yer alır.

Sahibkar Əfqan Əsədov hesab edir ki, dünyada neft və neft məhsullarının qiymətində artım müşahidə edilərsə, bahalaşma davam edəcək.

Daha ətraflı süjetdə: