Şuşada həlak olan əsgərimizlə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

Martın 3-ü hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində xəsarət alan Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Vüsal Vüqar oğlu hərbi tibb müəssisəsinə təxliyə olunub.

Bu barədə Sabahinfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir.

***

22:11

Azərbaycan Ordusunun hərbçisi qəzada ölüb. 

Sabahinfo.az lent.az-a istinadən xəbər verir ki, hadisə Şuşada qeydə alınıb. Ordumuzun əsgəri, 20 yaşlı Kazımov Vüsal Vüqar oğlu qəzaya düşməsi nəticəsində həlak olub. 

Əsgərin əmisi oğlu Kənan Kazımov bildirib ki, yaxın saatlarda mərhumun cənazəsi ailəsinə təhvil veriləcək.