Su ilə bağlı qanun qəbul edilən zaman, hər bir vətəndaşın suya olan təlabatı tam şəkildə pulsuz qarşılanacaq, bu haqda narahatçılığa ehtiyac yoxdur. Burada yeganə məqsəd israfçılığın qarşısını almaqdır. Hökumət heç zaman ona təklif olunan, əhalinin yaşayış səviyyəsini pisləşdirən, çətinləşdirən qanunları qəbul etməz. Məqsəd gün kimi aydındır, bu gün bütün dünya su ilə bağlı ehtiyat tədbirləri görməyə başlayıb, biz dünyadan ayrı qala bilmərik. Həyətimizdəki quyu şəxsi mülkümüz ola bilər, planet milyardlarla insanın ortaq mülküdur, bu ortaq mülkü qorumaq üçün, real dəyərlər əsas götürülür, götürülməlidir, kiminsə rahatlığı üçün planeti risk altına atmaq olmaz. Qoy biz bu həyatdan köçəndən sonra, gələcək nəsil su problemi yaşayıb gorumuza söyməsin. Su ilə bağlı bu qanunlar vətəndaşların gələcəkdə problem yaşamaması üçün nəzərdə tutulub, əsasən bu gələcək nəsillərin su problemi yaşamaması üçün atılan mühüm addımdır. Hələ içməli sudan əlavə, əkin üçün Kənd Təsərrüfatı sahəsində də bu gün bütün dünya su çatışmazlığı yaşayır, o problemin həlli üçün də işlər görülür. Yaşadığı Planeti qorumaq hər bir şüurlu canlının vəzifə borcu olmalıdır, həm əməl olaraq və həm də söz də. Su ilə bağlı hazırlanan yeni qanuna görə kimsə vahiməyə düşməsin, əksinə sevinmək lazımdır. Suya israf etmək həm də çox böyük günahdır. Qoyulacaq limitdən əlavə, istifadə üçün ödəniləcək pullar nəticə etibariylə dövlətimizin büdcəsinə gedəcək və daha sonra başqa işlərdə vətəndaşlarımızın maddi rifahı üçün xərclənəcəkdir. Su təbii sərvətlər siyahısına daxildir və istifadəsi qanunla tənzimlənməlidir. Azərbaycan ərazisi mineral sularla zəngindir. Bu zənginliyi qoruyub saxlamaq mütləq borcumuz olmalıdır. Təbii sərvətləri qorumaq planeti qorumaq deməkdir, insanları qorumaq deməkdir.
Mircalal Mehdiyev