Tacikistan hərbçiləri Qırğızıstan sərhədçiləri ilə birgə sərhədin müəyyən edilməmiş hissəsində atışma zamanı minaatanlardan istifadə ediblər.
Bu barədə Qırğızıstan sərhəd xidməti məlumat yayıb:
“Sentyabrın 14-də dövlət sərhədinin Qırğızıstan-Tacikistan hissəsində silahlı insident baş verib. Tacikistan tərəfi minaatanlardan istifadə edib. İlkin məlumatlara görə, Qırğızıstan tərəfdən ölən və yaralanan olmayıb”.
İnsident Qırğızıstanın Batken vilayətinin Batken rayonunun Bulak-Başı ərazisində baş verib.
Tərəflər arasında gərginliyin qarşısını almaq məqsədilə telefon danışıqları olub, görüş planlaşdırılır.