Tahir Mirkişili gənclərlə görüşüb

"Beynəlxalq tərəfdaşlıqların qurulması vasitəsilə gənclər təşkilatlarının aktiv təmsilçilik prosesinə cəlb edilməsi" mövzusu çərçivəsində NAYORA-ya üzv olan gənclər təşkilatlarının rəhbər və nümayəndələrinin Milli Məclisin deputatı, eyni zamanda İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin sədri cənab Tahir Mirkişili ilə görüşü baş tutub.

Görüş zamanı beynəlxalq tərəfdaşlığın ölkə gəncliyinə verəcəyi faydalar, səmərəli iş prinsipi, sosial şəbəkələrin həyatımızdakı rolu, İrəvan səfəri zamanı Avronest Parlament Assambleyyası sessiyasından təəssüratlar mövzusu ətarında müzakirələr aparılıb. Sonra gənclər təşkilatlarının rəhbər və nümayəndələrinin ünvanladıqları suallar Tahir Mirkişili tərəfindən cavablandırılıb.

NAYORA-nın sədri Azər Əliyev çıxış edərək, görüşdə iştirak etdiyi üçün Tahir Mirkişiliyə öz minnətdarlığını bildirib.

Sonda xatirə şəkili çəkilib və deputat Tahir Mirkişili NAYORA-nın xatirə dəftərinə xoş arzularını qeyd edib.