"Taksi qiymətləri qalxacaq. Bu birmənalı şəkildə belədir".
Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.
"Qiymətlərin bu səviyyədə olması ilə bağlı təhlillər onu göstərir ki, dünyanın heç bir yerində bu qədər ucuz taksi xidməti yoxdur", - deyə nazir bildirib.