Təyyarə qəzasında həlak olan azərbaycanlının nəşi ölkəyə gətirildi

Rusiyanın Sankt-Peterburq şəhərində bədbəxt hadisə nəticəsində həlak olan 40 yaşlı Azərbaycan vətəndaşı Müşfiq İbrahimovun nəşi ölkəyə gətirilib.

Sabahinfo.az xəbər verir ki, M.İbrahimov bu gün Quba qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, əvvəllər regional kanallarda müxtəlif vəzifələrdə çalışan Müşfiq İbrahimov Sankt-Peterburq şəhərində yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində ölüb.

Rusiya mətbuatının yazdığına görə, qəza zamanı iki nəfər həlak olub.

M.İbrahimov əslən Quba rayonundandır. Ailəli olub, 3 övladı var.(apa)