Türkiyənin “Qalatasaray” klubunun futbol direktoru Cenk Ergün Azərbaycanda bir neçə futbolçunun çıxışını izləyib.
Sabahinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, onların arasında “Qarabağ”ın yarımmüdafiəçisi Toral Bayramov da var.
Qış fasiləsində Anxelinyo ilə yollarını ayıran İstanbul təmsilçisi ispaniyalı müdafiəçinin boşluğunu Azərbaycan millisinin üzvü ilə doldurmağı planlaşdırır.