Sabahinfo.az–ın
məlumatına görə,müğənninin vəfatını təəssüflə qarşıladığını qeyd edən Ərdoğan
onun əsərləri ilə yaşayacağını bildirib:
"Türk pop musiqisinin hörmətli siması, söz yazarı və bəstəkar
Kayahanın vəfatını böyük təəssüf hissi ilə öyrəndim. Mahnıları və səsi ilə millətimizin
könlündə müstəsna yerə sahib olan Kayahan türk pop musiqisinin inkişafında
böyük rol oynayıb və dərin izlər qoyub. Əsərləri ilə yaşamağa davam edəcək mərhum
sənətkar hər zaman hörmət və sevgi ilə yad ediləcək. Dəyərli sənətkarımız
Kayahana Allahdan rəhmət arzulayır, ailəsinə, sevənlərinə və sənət dünyamıza
başsağlığı verirəm”.