Türkiyə ilə mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edildi

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov bu ölkənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy ilə görüşüb.

Sabahinfo.az xəbər verir ki, bu barədə səfirlik məlumat yayıb.

Qeyd edilib ki, görüş zamanı iki ölkə arasında mədəniyyət və turizm sahəsində əməkdaşlığın daha da gücləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.