"Sanksiyalara qoşulmayacağıq deyə bir şey yoxdur. BMT tərəfindən qərar verilən sanksiyalar nədirsə Türkiyə onlarla bağlı üzərinə düşəni edir".
Sabahinfo.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar söyləyib.
"Olayı böyütmək yox, məhdudlaşdırmaq lazımdır. Atəşkəsin dərhal təmin olunması ilə birgə siyasi, diplomatik danışıqların başlaması ilə dərhal ora sabitlik, sülh gəlməlidir", - milli müdafiə naziri vurğulayıb.
O qeyd edib ki, bu məsələlərdə qazanc-itki balansını yaxşı dəyərləndirmək lazımdır:
"Bu mənada bizim “Heç bir sanksiya tətbiq etməyəcəyik” şəklində mövqeyimiz yoxdur, amma uzaqgörənlik və ehtiyatla hərəkət emtəyin həm Ukrayna, həm Rusiya, həm də bölgə üçün uyğun olacağını düşünürük".