Türkiyə şansını qaçırdı, İtaliyada sensasiya

Türkiyə, İtaliya və Avstriya millisi DÇ-2022-ci il dünya çempionatına vəsiqə əldə edə bilməyib.

Axar.az xəbər verir ki, Avropa zonası üzrə pley-off mərhələsinin yarımfinal oyunlarında Türkiyə Portuqaliyaya, Avstriya isə Uelsə uduzub.

Türkiyə millisi Portuqaliyaya 3-1 məğlub olub. Hesab 2-1 olarkən son dəqiqələrdə Türkiyə yığması penaltidən yararlana bilməyib.

Portuqaliyanın finalda rəqibi İtaliyaya qalib gələrək, sensasiyaya imza atan Şimali Makedoniya olacaq.