Türkiyənin Ankara şəhərində bədbəxt ailə faciəsi baş verib.
Sabahinfo.az xəbər verir ki, ova gedən ata oğlunu güllələyib. Hadisənin ehtiyatsızlıqdan baş verdiyini bildirən ata, ertəsi gün intihar edib. Məlum olub ki, bir müddət əvvəl kişi qardaşına “özümü və uşağımı öldürəcəm” deyib.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Araşdırma aparılır.