Türkiyədə Azərbaycanın dəniz xüsusi təyinatlılarının iştirak etdiyi “Doğu Akdeniz-2023” beynəlxalq təlimləri bu gün başlayır.
Sabahinfo.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.
Hərbi təlimlər Marmaris şəhərində keçiriləcək. Təlimlərə ümumilikdə 24 gəmi, 13 helikopter, 5 PUA, 20 F-16 təyyarəsi və digər texnikaların cəlb olunması planlaşdırılır.
Noyabrın 25-dək davam edəcək təlimlərdə bir neçə müttəfiq dövlət iştirak edir.