Ukrayna ümumilikdə 500 min yeni hərbçi səfərbər etməyi planlaşdırır.
Sabahinfo.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri yazıb.
Nəşr qeyd edib ki, Ukrayna rəhbərliyi bu yolla ilk növbədə döyüş meydanında taqətdən düşmüş 330 min hərbçini əvəz etməyi nəzərdə tutur.
Həmçinin qeyd olunub ki, 25-60 yaş aralığında olan 11,1 milyon ukraynalı kişidən yalnız 3,7 milyonu səfərbər oluna bilər. Qalan kişilərin bir qismi müharibədədir, bir hissəsi əlildir və ya xaricdədir.