Kreml müharibəni müəyyən müddətə dondurmağa və bu müddət ərzində də Qərbi sanksiyaları ləğv etməyə inandırmaq üçün cəhd edə, sonra isə təcavüzü davam etdirə bilər.
Rusiyanın yüksək dəqiqlikli raketləri tükənir, lakin indiki templə o, Ukraynaya qarşı daha bir il də müharibə apara bilər.
Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi “Facebook” sosial şəbəkəsində məlumat yayıb.
“Biz müşahidə etmişik ki, Rusiya daha az raket hücumu həyata keçirir və X-22 raketlərindən istifadə edir. Bunlar 1970-ci illərin köhnə sovet raketləridir. Bu da Rusiyanın yüksək dəqiqlikli raketlərinin tükəndiyini göstərir”, - deyə Ukrayna hərbi kəşfiyyatının sözçüsü Vadim Skibitski Britaniyanın “The Guardian” nəşrinin müxbirinə müsahibəsində bildirib.
Eyni zamanda qeyd edilir ki, Rusiyanın iqtisadi resursları işğalçı ölkəyə daha bir il müharibəni indiki templə davam etdirməyə imkan verir.
“Kreml rəhbərliyi yəqin ki, Qərbi sanksiyaları ləğv etməyə inandırmaq üçün müharibəni müəyyən müddətə dondurmağa çalışacaq, lakin sonra təcavüzü davam etdirəcək. Onların məqsədi təkcə Ukrayna deyil, bütün Ukraynadır”, - deyə Skibitski vurğulayıb.