"Antalya Diplomatiya Forumu tədricən məqsədinə çatır".
Sabahinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalya Diplomatiya Forumunun açılışında deyib.
“Rusiya və Ukrayna arasındakı böhrandan sonra dünən hər iki tərəfdən xarici işlər nazirlərinin ilk görüşünün Antalyada baş tutması bunu təsdiqləyir”, - o deyib.
Türkiyə Prezidenti hesab edir ki, beynəlxalq qurumlara inam zəifləyib:
“Böhranlara etinasız yanaşmanın fəsadlarını birlikdə görməkdəyik. Ukrayna məsələsi göstərir ki, tarixdən dərs almaq lazımdır. Rusiya və Ukrayna həm qonşumuz, həm də dostumuzdur. Onların müharibə aparmasından çox narahatıq. Savaş ən çox bizi narahat edir”.