Ukrayna MN-in yeni rəhbəri Fəthullah Gülənin ADAMIDIR

Ukraynanın yeni müdafiə naziri Rustem Umerov, Ankaranın 2016-cı ildə dövlət çevrilişi cəhdinin arxasında dayanan Fəthullah Gülənin (FETÖ) təşkilatı ilə əlaqəlidir.

Sabahinfo.az xəbər verir ki, bu barədə Türkiyənin “Aydınlıq” qəzeti mənbələrə istinadən məlumat yayıb.

"Umerov 1982-ci ildə anadan olub, əvvəllər Ukrayna Dövlət Əmlak Fondunun prezidenti və Ukrayna prezidentinin xüsusi nümayəndəsi olub. Umerov ABŞ-ın regiondakı planlarının sözçüsü və icraçısı olan siyasətçidir", - məlumatda deyilir.

Qəzetin yazdığına görə, Ukraynanın yeni müdafiə naziri Krımda FETÖ-dən maliyyə dəstəyi alan istedadlı uşaqlar üçün internat məktəbində təhsil alıb.

Bundan əlavə, qəzet Umerovun da iştirak etdiyi mümkün korrupsiya işinə işarə edib. O cümlədən, yeni müdafiə nazirinin xarici dövlətlərin nümayəndələrindən aldığı pulları götürdüyü qeyd edilir.

"Onun qardaşı Ruslan Umerov da Krım internat məktəbində oxuyub və FETÖ ilə əlaqələri var. Hər iki qardaş Kiyevdə "Amerikanın uşaqları" kimi tanınır" , - məqalədə yazılıb.