Ukrayna prezidenti Volodimir Zelenski ölkənin NATO hərbi blokuna üzv olmaq istəyinə münasibət bildirib.
"Unikal" xəbər verir ki, Ukrayna lideri bunu Londonda Birgə Ekspedisiya Qüvvəsində onlayn çıxışı zamanı deyib.
"Aydındır ki, Ukrayna NATO-nun üzvü deyil, biz bunu başa düşürük, adekvat insanlarıq. Biz illərdir açıq qapılar haqqında eşitmişik, amma indi də eşitmişik ki, ora daxil ola bilmərik və bunu etiraf etməliyik. Mən şadam ki, xalqımız bunu başa düşür və özümüzə və bizə kömək edən tərəfdaşlarımıza arxalanır", - prezident qeyd edib.
O, bir daha Ukrayna ərazisi üzərində səmanı bağlamağa çağırıb, eyni zamanda müsbət qərarın qəbulu ehtimalının az olduğunu qeyd edib: "Ukrayna hazırda NATO müqaviləsinin 5-ci maddəsini işə salmaq iddiasında deyil. Biz həmişə deyirik ki, səmamız Alyansın səması kimi qorunmalıdır, lakin biz başa düşürük ki, həmişə "amma" var...Rusiya bizim Lvov bölgəsinə hücum etdi, NATO sərhədlərindən 20 km məsafədə raket zərbəsi endirdi. Rusiya pilotsuz təyyarələri artıq Alyansın ərazisinə düşdü", - deyə dövlət başçısı yekunlaşdırıb.