Ukrayna Silahlı Qüvvələri 56-cı Qvardiya Hava Desant Alayının qərargah rəisi vəzifəsində çalışmış polkovnik-leytenant Yuri Aqarkovu məhv edib.
"Unikal" xəbər verir ki, zabitin ölümü ilə bağlı məlumatı Pskov vilayətinin qubernatoru Mixail Vedernikov yayıb. Onun sözlərinə görə polkovnik-leytenant Yuri Aqarkov Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməliyyat zamanı həlak olub.
"Döyüşlər zamanı 76-cı desant-hücum diviziyasının iki hərbçisi həlak olub: Yuri Aqarkov və Konstantin Zizevski, onlar “öz borclarını şərəflə yerinə yetirmişlər”.
Yuri Aqarkov Volqoqrad vilayətinin Kamışında xidmət edib. O, Kamışində yerləşən 33-cü motoatıcı Berlin Don kazak alayına komandirlik edib.