Ukrayna səmasında Rusiya Silahlı Qüvvələrinin daha bir qırıcısı vurulub.
Qeyd olunur ki, Rusiya ordusuna məxsus “Su-25” qırıcı təyyarəsi Çerniqov vilayətində vurulub.
Təyyarənin vurulması nəticəsində bir pilot ölüb, digəri sağ ələ keçirilib.
Artıq rusiyalı pilotun Ukraynalı hərbçilər tərəfindən ilkin dindirilməsi də baş tutub.
Rusiyalı pilotun Suriyadakı hərbi kampaniyada da iştirak etdiyi və Bəşər Əsədlə fotolarının olduğu da üzə çıxıb.