Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki İvan Voroniç bu gün səhər saatlarında Kiyevdə güllələnərək qətlə yetirilib.
Sabahinfo.az UNN-ə istinadən xəbər verir ki, bu barədə keçmiş kəşfiyyatçı Roman Çervinski “Facebook”da bildirib.
Səsboğucu ilə təchiz olunmuş tapançadan İvan Voroniçə beş güllə atılıb.
O, çoxsaylı güllə yaraları nəticəsində hadisə yerində ölüb.