“Ukrayna yeni “Bayraktar” pilotsuz uçuş aparatları alıb. Onlar artıq döyüş növbətçiliyindədirlər”.
Bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov özünün “Facebook” hesabından məlumat verib.
“Aldığımız yardımların həcmi artır. Bu yardımı edən ölkələrin sayı çoxalıb. Hətta qeyri-mümkün hesab edilənlər də qoşulur. Artıq yeni “Bayraktar”lar Ukraynaya çatdırılıb”, - deyə o, bildirib.
Nazirin sözlərinə görə, Avropa Ukraynanın arxa cəbhəsinə çevrilir və kritik müdafiə ehtiyaclarını təmin edir.
Bundan əvvəl Ukraynanın Türkiyə ilə “Bayraktar” pilotsuz uçuş aparatlarının tədarükünü artırmaq barədə razılığa gəldiyi bildirilmişdi.