Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə müharibədə həlak olan şəxslərin bir dəqiqəlik sükutla anılması ilə bağlı ümummilli sükut barədə fərman imzalayıb.
Artıq hər gün yerli vaxtla saat 09:00-da vətənləri uğrunda həlak olan ukraynalılar bir dəqiqəlik sükutla yad ediləcəklər.
“Ukrayna uğrunda canından keçənlərin əbədi xatirəsinə”, - deyə o, videomüraciətində bildirib.