Ukraynalı qaçqınları öz evinə yerləşdirdi

Estoniyanın keçmiş prezidenti Toomas Hendrik İlves iki ukraynalı qaçqının ölkəyə gəlməsinə kömək edib. 

“Qafqazinfo” xəbər verir ki, o, həmin qaçqınları öz evində yerləşdirib.

Bu barədə İlves tvitter hesabında yazıb:

“Mən Kiyevdən olan iki ukraynalı qaçqını Estoniyaya gətirdim və evimə yerləşdirdim”.

Qeyd edək ki, bundan əvvəl Böyük Britaniyanın nəqliyyat naziri Qrant Şepps Ukraynadan olan qaçqınların yerləşdirilməsi üçün öz evini təklif etməyə hazır olduğunu bildirmişdi.