Ukraynalı qonaqla görüş - VİDEO

Bu gün “Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin ofisində Kiyev Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Azərbaycanlıları Radası İdarə Heyətinin üzvü Oleq Krapivinlə görüş keçirilib. 

Sabahinfo.az-ın verdiyi məlumata görə, tədbirdə Ukrayna-Azərbaycan dostluq əlaqələrindən, xalqlarımız arasındakı sarsılmaz qardaşlıq münasibətlərindən danışılıb.

Bildirilib ki, bu əlaqələrin davamlı olmasında, inkişafında Azərbaycan və Ukrayna liderləri arasında dostluq əlaqələri, eyni zamanda diaspor təşkilatlarının fəaliyyəti mühüm rol oynayır. Sonra qarşılıqlı fikir doğuram məsələlər müzakirə olunub, əlaqələrin bir az da dərinləşməsi və keyfiyyət impulsunun artırılması qərara alınıb.

Daha sonra Azərbaycana Zəfər qüruru yaşadan 44 günlük müharibədə şəhidlik zirvəsinə ucalmış oğullarımızın valideynlərinə təqdim ediləcək medalların təcili şəkildə, Ukraynada mövcud vəziyyətə baxmayaraq, Azərbaycana çatdırılmasını təşkil etdiyinə və Ukrayna ilə Azərbaycan xalqları arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmləndirilməsindəki xidmətlərinə görə Oleq Krapivin “Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin xüsusi “Təşəkkürnamə”si ilə təltif olunub.