Ukraynanı bu vasitələrlə təmin etmək niyyətindəyik

NATO ölkələri Ukraynanı Rusiyanın mümkün kimyəvi və bioloji hücumlarından qorumaq üçün qoruyucu avadanlıq və vasitələrlə təmin etmək niyyətindədir.

Axar.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.

"Biz onlarla (Ukrayna - red.) məlumat paylaşırıq. Həmçinin bəzi qoruyucu vasitələr, kimyəvi və bioloji hücumları aşkar etməyə qadir texniki vasitələr təqdim etmək niyyətindəyik", - Stoltenberq bildirib.

O vurğulayıb ki, Qərb bu cür silahlardan istifadəni beynəlxalq hüququn birbaşa pozulması hesab edir.