Ukraynanın AES-ləri təhlükə altındadır - Zelenski

Rusiya qoşunları Ukrayna ərazisindən çıxarıldıqdan sonra onların Çernobıla vurduqları ziyanı araşdırmaq üçün illər lazım olacaq.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Yaponiya parlamentində videoformatda çıxışı zamanı deyib.

"Bu gün Ukraynada 15 nüvə blokundan ibarət 4 AES fəaliyyət göstərir. Onların hamısı Rusiyanın hərbi təcavüzü səbəbindən təhlükə altındadır. Rusiya Ukraynaya qarşı yeni hücumlar hazırlamaq üçün Çernobıl AES-in yaxınlığındakı qapalı zonadan istifadə edir”, - Zelenski bildirib.