"Qalatasaray" Memfis Depayı transfer etmək üçün hərəkətə keçib.
Sabahinfo.az metbuat.az-a istinadən xəbər verir ki, "Qalatasaray" nümayəndələri bu transfer üçün həm "Atletiko Madrid" həm də futbolçunun özü ilə təmas qurub. İddialara görə, ilk danışıqlar məhsuldar alınıb. Türkiyə mediası "Qalatasaray"ın Memfis Depayı transfer olmağa razı saldığını irəli sürür. Xəbərdə deyilir ki, Sedrik Bakambunun oyunundan narazı qalan "Qalatasaray" Depayın uğurlu transfer olacağını hesab edir. Xəbərdə deyilir ki, "Atletiko Madrid"də mütəmadi əsas heyətə düşə bilməyən Memfis Depayda başqa kluba transfer olmaq istəyir.
Memfis Depay bu mövsüm "Atletiko Madrid"in heyətində cəmi 6 rəsmi matçda iştirak edib və bu matçların 2-də start 11-də yer alıb. Ümumilikdə 163 dəqiqə meydanda qalan 29 yaşlı hollandiyalı ulduz 2 qol qeyd edib.