Qusar rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov rayonun Urva və Çiləgir kəndlərində vətəndaşlarla görüşüb, onları narahat edən problemləri ilə tanış olub. Qəbulda kənd sakinləri ilə yanaşı RİHB Aparatının əməkdaşları, hüquq-mühafizə orqanlarının, bir sıra idarə və müəssisələrinin rəhbərləri də iştirak etmişdir. Kənd sakinləri kəndin ərazisində köhnəlmiş işıq dirəklərinin və xətlərin dəyişdirilməsi, artezyan quyusunun qazılması, kanalizasiya şəbəkəsinin qurulması, avtobus dayanacaqların quraşdırılması, magistral yolun kənarında səkilərin tikilməsi və bir sıra digər məsələləri qaldırmışdır. Sahir Məmmədxanov sakinlər tərəfindən qaldırılan məsələlər ilə əlaqədar aidiyyatı qurumların rəhbərlərinə müafiq göstərişlər verdi, digər məslələrin həlli üçün zəruri tədbirlərin görüləcəyini bildirdi.